Oğlanlar və qızlar arasında şahmat Bakı birinciliyinə start verilib

Fevralın 27-də Respublika Şahmat Mərkəzində 2003–2004-cü il təvəllüdlü (12 yaşadək) oğlanlar və qızlar arasında Bakı birinciliyinə start verilib. Allsport.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda 64 idmançı (25 qız) iştirak edir.

Yarışlar beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilir. Oğlanlar arasında ilk 5, qızların mübarizəsində isə 1-4-cü yerləri tutan şahmatçılar iyunda təşkil olunacaq respublika final mərhələsinə vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan