Oğlan və qız şahmatçıların Azərbaycan çempionatına start verilib

Respublika Şahmat Mərkəzində 14-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına start verilib. Allsport.az xəbər verir ki, çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilir.

Yarışda ümumilikdə 60 zəka sahibi çempion adı uğrunda mübarizəyə qoşulub. Bütün yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci sırada qərarlaşanlar isə Avropa çempionatlarına vəsiqə əldə edəcəklər.

Qaliblər qiymətli hədiyyələr, Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq.

Həmin kateqoriyadan