- Baxış sayı: 36
- 11 İyun 2026 16:38
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0

14-16 martda keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyi oğlanların yarışı ilə davam edib. Allsport.az xəbər verir ki, açılış mərasimindən sonra 2 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.
15 yaşa qədər olan oğlanların yarışı:
49 kq çəki dərəcəsində Məhəmməd Rüstəmli toplamda 153 kq (65 kq+ 88 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmələrin yarışı:
49 kq çəki dərəcəsində Mirsalman Əliyev toplamda 126 kq (56 kq + 70 kq) nəticə ilə qalib adını qazanıb.
Azərbaycan birinciliyində ümumilikdə 200-ə yaxın atlet mübarizə aparır.