Oğuz Çətin: “Azərbaycandan çox böyük xatirələrlə ayrıldım”

Bir neçə gün öncə “Xəzər Lənkəran”la yollarını ayıran və ölkəsinin “TRT Spor” telekanalında şərhçi olaraq çalışmağa başlayan türkiyəli mütəxəssis Oğuz Çətin maraqlı açıqlamalar verib. Allsport.az xəbər verir ki, artıq “Futbol Arenası” proqramında işə başlayan Çətin Lənkəran təmsilçisindən ayrılması ilə bağlı danışıb.

51 yaşlı mütəxəssis komandanı iddiasının azaldığına görə tərk etdiyini bildirib: “Sizdən təklif gəldi və bunu da ən yaxşı şəkildə dəyərləndirmək istədim. Bir il Azərbaycanda qaldım. Bunun yarısını Mustafa Dənizli ilə birgə çalışdıq. Daha sonra isə tək çalışdım. Orada çox dəyərli insanlarla işlədim. Dənizli ilə birgə çox önəmli işlər gördük. Onun gedişindən sonra, xüsusilə də, klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovun böyük dəstəyi ilə orada çalışmağa davam etdim. Orada əla şərait vardı. Amma son vaxtlarda baş verənlərin nəticəsində komandanı kiçiltmək istədilər. Bu səbəbdən də fərqli qərar verib, oradan ayrıldım. Ancaq Azərbaycandan çox böyük xatirələrlə ayrıldım. Əslində, Azərbaycanla bağlı hamıda yaxşı xatirələr var. Hamısına çox təşəkkür edirəm. Həqiqətən də çox yaxşı iş şəraiti vardı”.

Həmin kateqoriyadan