- Baxış sayı: 35
- 08 May 2026 16:55
- Baxış sayı: 238
- May 08, 2026
- 0

Özbəkistan boksçusu Ləzizbəy Mollacanov antidopinq qaydalarını pozduğu üçün üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Allsport.az xəbər verir ki, bu barədə beynəlxalq dopinq testi agentliyinin (İTA) rəsmi saytında məlumat verilib.
Mollacanov iyunun 11-də dopinq-testdən keçib və onun analizlərində qadağan olunmuş metasteron maddəsinin izləri aşkar edilib.
26 yaşlı Mollacanov 2024-cü ilin olimpiya çempionu və 2023-cü il dünya çempionatının (92 kq-dək çəki kateqoriyasında) bürünc mükafatçısıdır.