Olimpiya çempionu dünyasını dəyişib

100 metr məsafəyə qaçış üzrə olimpiya çempionu amerikalı Cim Haynes 76 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, Haynes 100 metr məsafəni 10 saniyədən az müddətdə qət edən ilk idmançı olub. 

1968-ci il olimpiadasında o, 100 metr məsafəni 9,95 saniyəyə qaçaraq qızıl medal qazandı. Onun dünya rekordu təxminən 15 il davam edib.

Hazırda dünya rekordu yamaykalı idmançı Hüseyin Bolta məxsusdur – 9,58.

Həmin kateqoriyadan