Olimpiya çempionumuza qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim etdi

1-ci Avropa Oyunlarının güləş yarışında növbəti qızıl medal sərbəst güləşçimiz Toğrul Əsgərovdan (65 kq) gəlib. Allsport.az saytı xəbər verir ki, finala qədər inamla irəliləyən titullu bahadır, həlledici mübarizədə italiyalı qara dərili idmançı Frank Kamizo Marquesi ilə görüşüb. Hesab 4:2 olarkən, olimpiya çempionu rəqibinin kürəyini yerə vuraraq, təmiz qələbə qazanıb.

Bu qarşılaşmanı Azərbaycan prezidenti İlham Əliyev və Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ailə üzvləri ilə canlı izləyiblər. Fəxri kürsünün ən yüksək pilləsində Toğrula, eləcə də digər mükafatçılara medalları ölkə başçımız təqdim edib. Sonra dövlət himni sədaları altında Azərbaycan bayrağı arenada yüksəldilib.

Həmin kateqoriyadan