Olimpiya mükafatçısından Həsən Əliyevə dəstək

London Olimpiadasının bürünc mükafatçısı Emin Əhmədov (80 kq) yunan-Roma güləşçilərinin Avropa Oyunlarındakı çıxışını dəyərləndirib. Allsport.az saytına verdiyi açıqlamada titullu pəhləvan bildirib ki, uğur daha yüksək ola bilərdi:

«Millimiz 2 dəst medal qazandı. Bu, böyük nəticədir. Daha yüksək əyarlı mükafatlara sahib çıxa bilərdik. Hamımız Həsən Əliyevdən də qızıl medal gözləyirdik. Amma idman sürprizlərlə doludur. Hər saniyənin öz hökmü var. Həsən komanda yarışlarında yığmaya kömək edib, mühüm qələbələr qazandırıb.

Heç kim uduzmaq istəməz. Çünki bizlər 15-20 ildir ki, idmanda can qoyuruq. Ağır zədələri adlayıb, bu səviyyəyə çatırıq. Bir balaca büdrəyəndə, qınağa çevrilirik. Bir dırnaq qopanda, ağrısından dayanmaq olmur. Ancaq güləşçilərimiz köhnə-xroniki zədələrinə rəğmən, nəticələr verirlər, xalqımızı daim sevindirirlər.

Həsənin də bədənində əziklər var. Əminəm ki, lider idmançılar tam sağlam olduqda, böyük qələbələrin davamını gətirəcəklər».

hesen

Həmin kateqoriyadan