“Olimpiya mükafatı ilə kifayətlənməyəcəyəm”

Tokio-2020-də bürünc medal qazanan boksçu Alfonso Dominqes (81 kq) paytaxta qayıdıb. Allsport.az saytı xəbər verir ki, hava limanında ona müxtəlif xoş şüarlar səsləndiriblər. Tilullu idmançının sözünə görə, Avropa oyunlarından sonra, dünya olimpiadasında medal qazanması xoş bir hissdir:

“Medal qazandığım üçün çox sevincliyəm. Tokioda məqsədim çempion olmaq idi. Yarışa da yaxşı başlamışdım. Olimpiadada debütdə dünya çempionatının ikincisi olan özbəkistanlı Dilşotbek Ruzmetovla qarşılaşdım. Kifayət qədər çətin alınan döyüşdə qələbə qazandım. Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim.

Yarımfinalda kubalı Arlen Lopezlə üz-üzə gəldim. Olimpiya və dünya çempionu ilə görüş də mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim. Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Benjamin Uittakerə qalib gələrək növbəti dəfə Olimpiadanın qızıl medalçısı adına yiyələndi.

Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracağam”.

Həmin kateqoriyadan