Ölkə başçısı Dünya etnoidman konfederasiyasının sədrini qəbul edib

İlham Əliyev martın 5-də Dünya etnoidman konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib. Allsport.az saytı xəbər verir ki, qonaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident qardaş ölkənin rəhbərinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını çatdırmağı xahiş edib.

Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq etnoidman forumunun əhəmiyyəti vurğulandı, onun yüksək səviyyədə təşkil olunduğu bildirildi. Xalqımızın ənənəvi idman növlərinə böyük marağının olduğu qeyd edildi. Görüşdə bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Sonda Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya etnoidman konfederasiyasının ənənəvi idman kükafatları çərçivəsində “Liderlik mükafatı”nı prezident İlham Əliyevə təqdim etdi.

Həmin kateqoriyadan