Ölkə başçısı və xanımı qalib şahmatçımızı təbrik edib

Teymur Rəcəbovun möhtəşəm qələbəsi ölkədə gündəmə çevrilib. Allsport.az saytı xəbər verir ki, şahmatçımıza gələn təbriklərin ardı-arası kəsilməyib. Bunun içində ölkə başçısı və xanımının təbriki də var:  

– Əziz Teymur,
“Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik.
Hörmətlə,

İlham Əliyev və Mehriban Əliyeva
Bakı şəhəri, 3 yanvar 2021-ci il.

Həmin kateqoriyadan