Ölkə çempionatında fərqlənənlər mükafatlandırdılar

Kişi və qadın şahmatçıların ölkə çempionatında fərqlənənlər mükafatlandırılıblar. Allsport.az saytı xəbər verir ki, yarışda beynəlxalq usta normasını yerinə yetirən Nərmin Abdinovaya müvafiq sertifikat verilib.

Ümumi mükafat fondu 25 min manat təşkil edən kişilərin mübarizəsində Vasif Durarbəyli qalib olub. Vüqar Əsədli 2-ci, Eltac Səfərli 3-cü yeri tutublar.

Mükafat fondu 15 min manat olan qadınların rəqabətində Gövhər Beydullayeva qızıl medal qazanıb. Xanım Balacayeva və Səbinə İbrahimova müvafiq olaraq 2-ci bə 3-cü pillələrdə qərarlaşıblar.

Həmin kateqoriyadan