“Ölkəmizdə şahmatın inkişafının əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə ilk olaraq Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. O bildirib ki, yarış yüksək təşkilatçılıqla yanaşı güzəştsiz mübarizəylə də yadda qalıb:

“Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 128 şahmatçının iştirak etdiyi turnirdə güzəştsiz mübarizənin şahidi olduq. Özəlliklə, finalda möhtəşəm oyun izlədik. Hamıya məlumdur ki, şahmat Azərbaycanda çox sevilir, bu idman növünə böyük maraq var.

Ölkəmizdə şahmatın inkişafının əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. O vaxtları ölkə ərazisində 70-ə yaxın şahmat məktəbi inşa edilib. Hazırda dövlət başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.

 

Həmin kateqoriyadan