Onlar qələbə ilə başladılar

Şuşada şahmat üzrə beynəlxalq turnirdə rapiddə ilk tur arxada qalıb. Allsport.az saytı xəbər verir ki, Gövhər Beydullayeva komanda yoldaşı Xanım Balacayeva, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Ülviyyə Fətəliyeva milli üzvü Gülnar Məmmədova ilə heç-heçə edib. Gürcüstanlı Nana Dzaqnidze Günay Məmməzadəyə, Türkiyə idmançısı Kübra Öztürk isə Meri Arabidzeyə (Gürcüstan) qalib gəlib.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov həmyerlisi Qədir Hüseynovu, Vasif Durarbəyli Çin təmsilçisi Hao Vanqı, hindistanlı Santoş Qucrati Vidit isə Mustafa Yılmazı (Türkiyə) məğlub edib. Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) isə Rauf Məmmədovla heç-heçə edib.

Həmin kateqoriyadan