- Baxış sayı: 45
- 26 İyun 2026 23:49
- Baxış sayı: 65
- İyun 26, 2026
- 0

Fransada “C’Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə növbəti onlayn blits turniri keçiriləcək. Allsport.az xəbər verir ki, karantin günlərində vaxtlarını evdə keçirən şahmatçıların onlayn yarışı bu gün start götürəcək.
Yarışda ölkəmizi qrossmeysterlərimiz – Rauf Məmmədov, Qədir Hüseynov və Namiq Quliyev təmsil edəcəklər.
Turnirin mükafat fondu 1200 avrodur.