- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan şahmatçıları onlayn “Titled tuesday blitz” turnirində iştirak ediblər. Allsport.az xəbər verir ki, təmsilçilərimizdən ən yaxşı nəticəni Murad İbrahimli göstərib. Şahmatçımız 10 turdan 8 xal toplayaraq 20-ci yerdə qərarlaşıb. Digər şahmatçılarımızdan Vüqar Manafov, Azər Mirzəyev 7 xal, Vasif Durarbəyli və Atilla Eynullayev isə 6 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən yarışda 500-dən çox şahmatçı iştirak edib.