“Oyunlarım çox pis idi”

Kişi şahmatçıların ölkə çempionatının bürünc medalçısı Eltac Səfərli yekun nəticə barədə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, partiyalardan razı qalmadığını gizlətməyib:

“Ümumilikdə Azərbaycan çempionatında çıxışım pis alındı. Çox reytinq itirdim. Son görüşdə qələbə qazanmaqla üçüncü yeri təmin etdim. Bürünc medal az da olsa bir qədər təsəllidir mənim üçün. Oyunum çox pis idi. Əvvəldən alınmadı.

Final mərhələsinə vəsiqə qazanmaq çox çətin oldu. Yarımfinalda Vasif Durarbəyli ilə ilk görüşdə üstünlüyüm var idi, mənasız səhv etdim və uduzdum. İkinci görüşdə də qələbə qazanmaq şansım yarandı, amma uda bilmədim”.

Həmin kateqoriyadan