- Baxış sayı: 75
- 26 İyul 2026 13:23
- Baxış sayı: 165
- İyul 22, 2026
- 0

Şövkət Mirzəyev millinin dünya çempionatında çıxışına yekun qiymət verib. Allsport.az saytı xəbər verir ki, o, komandaya dəstək nümayiş etdirib: “Biz birlikdə böyük həyəcanla milli komandamızın ABŞ və Meksikada keçirdiyi oyunları izlədik.
Əminliklə demək olar ki, futbolçularımız FİFA reytinqində 5-ci yerdə olan Portuqaliya, 13-cü pillədə qərarlaşan Kolumbiya və heyətində Avropanın aparıcı klublarında çıxış edən çoxsaylı futbolçuların yer aldığı Konqo Demokratik Respublikası ilə matçlarda dəyərli təcrübə qazandılar.
Dünya çempionatının ovqatını hiss etdilər. Abbas Feyzullayev və Eldar Şamuradov mundialda ilk qollarını vuraraq ölkəmizə sevinc bəxş etdilər. Bu gün onları dəstəkləmək və ruhlandırmaq hər zamankından daha vacibdir”.
Ölkə başçısı, həmçinin futbolçuların oyununda nöqsan tapmaq və ya onları günahlandırmağın Özbəkistan xalqına xas olmadığını vurğuladı. O, milli komandaya davamlı dəstəyin göstərilməsinə çağırdı və həmçinin futbola investisiyaların artırılmasının, gənclər futbolunun kütləvi hərəkata çevrilməsinin və növbəti Asiya Kubokuna hazırlıqlara indidən başlamağın vacibliyini bildirdi.