- Baxış sayı: 36
- 11 İyun 2026 16:38
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Parapauerliftinq üzrə milli komanda martın 17-dən etibarən Qax olimpiya idman kompleksində təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, martın 31-dək davam edəcək toplanışında 7 idmançı iştirak edir.
Toplanışa kişi idmançılardan Pərvin Məmmədov, Ceyhun Mahmudov, Rəsul Zəkiyev, Şamo Aslanov və Talib Zeynalov, qadınlardan isə Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.