Paytaxt birinciliyində kimlər fərqləndi?

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası stadionunda atletika üzrə Bakı birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 8 komandanın heyətində 90-a yaxın idmançı mübarizə aparıb.

Rəqabətin 2-ci günündə oğlanlar arasında hündürlüyə tullanmada Nikita Neftyakov, lövhəatmada Yusif Nəzərov qalib olublar. Qızlarda uzunluğa tullanmada Yelena Pextireva 1-ci yer tutub.

Oğlanlarda 400 metr məsafəyə sədlərlə qaçışda Cavid Məmmədov, 800 metr məsafəyədə Mahmud Mehdiyev 1-ci olublar. Qızların mübarizəsində Leyla Sadıqova (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblər federasiya və Bakı şəhər gənclər və idman baş idarə tərəfindən diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan