Paytaxt klubunda yeni futbolçu

“İnter” klubunun rəhbərliyi yeni futbolçu ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, Tural Hümbətov növbəti 6 ay ərzində paytaxt klubunun heyətində çıxış edəcək.

Xatırladaq ki, futbolçunun son klubu “Araz Naxçıvan” olub.

Qeyd edək ki, “İnter” qış fasiləsində daha iki futbolçu – Əfran İsmayılov və Ruben Şakenlə müqavilə imzalamışdı.

Əlavə edək ki, bu gün hər üç futbolçu üçün sifariş ərizəsi Peşəkar Futbol Liqasına təqdim olunub.

Həmin kateqoriyadan