Paytaxtda “Şah və mat” klubunun açılışı olub

Allsport.az saytı xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov yeni fəaliyyətə başlayan məktəbə uğurlar arzu edib. AŞF rəhbəri klubun yeni nəsil şahmatçıların formalaşmasında və bu idman növündə rəqabətin artımasına dəstək olacağını bildirib.


Qeyd edib ki, klubun təsisçiləri Azərbaycan şahmatının aparıcı simaları olmaqla yanaşı, ölkədə idmanın bu növünün inkişafında xüsusi çəkiyə və önəmə malik insanlardır. “Şah və mat” qısa bir zamanda ölkə şahmatına yeni adlar bəxş edəcək. Çünki burada peşəkarlardan ibarət komanda çalışır.

Klubunun rəhbəri Anar Allahverdiyev əsas məqsədin ölkədə şahmatın inkişafına töhfə verməklə yanaşı, gələcəkdə milli komandada çıxış edəcək istedadlı gəncləri üzə çıxarmaq olduğunu söyləyib.

Orada şahmatla yanaşı, rəsm, məktəbəqədər hazırlıq və digər sahələr üzrə də bölmələr fəaliyyət göstərir.

Həmin kateqoriyadan