Pekin qış olimpiya oyunları üçün antidopinq təhsil kursu

Pekin qış olimpiya oyunları gələn fevralın 4-20 tarixlərində keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Ümumdünya antidopinq agentliyi idmançılar və məşqçilərin diqqətinə antidopinq təhsil kursunu təqdim edir.

Bu məşğələni tamamlayanlar “Ağ olimpiada” ilə əlaqədar antidopinq qaydaları, prosedurları və tələbləri haqqında, habelə terapevtik istifadə üçün istisna və dərmanların necə yoxlanılması haqqında anlayış əldə edəcəklər. ADEL vasitəsilə idmançılar həm də məkan məlumatı və öz hüquq və vəzifələri ilə əlaqədar biliklərini möhkəmləndirmiş olacaqlar.

Həmin kateqoriyadan