- Baxış sayı: 35
- 23 İyun 2025 15:49
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması yarışı 7 medalla başa vurub.
Millinin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurub.