Potter milli komanda çalışdıra bilər

Allsport.az xəbər verir ki, İsveç futbol federasiyasının katibi Andrea Mollerberq, Qrem Potterin İsveç millisində mümkün çalışması barədə danışıb:

“Potter namizədlər arasındadır. Milli komandanın məşqçisi olmaq üçün kifayət qədər istəkli olmaq lazımdır. Burada işlər klub futbolundan çox fərqlidir”.

Xatırladaq ki, Qrem Potter əvvəllər İsveçin “Östersund” komandasına yeddi il rəhbərlik edib. İngiltərədə mütəxəssis “Svonsi”, “Brayton” və “Çelsi” kimi klublarda da çalışıb. 48 yaşlı məşqçi bu ilin aprelində “zadəganlar”ın düşərgəsindən qovulub.

Həmin kateqoriyadan