YENİLƏNİB
“Neftçi” “Qəbələ” ilə sülh bağladı, derbidə “İnter” güldü

Bu gün Topaz Premyer Liqasında 14-cü tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutacaq.

Tura paytaxt derbisi ilə start verilib. Açılış matçında “Bakı” öz meydanında “İnter”i qəbul edib. “Bankirlər” matçda vurulan yeganə qol sayəsində 3 xala sahib çıxıblar.

Növbəti görüşdə AzAL-la “Sumqayıt” üz-üzə gəlib. 5 qolun vurulduğu qarşılaşmada qələbəni “təyyarəçilər” bayram ediblər.

Daha bir oyun “Neftçi” və “Qəbələ” arasında baş tutub. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Topaz Premyer Liqası
14-cü tur
29 noyabr (şənbə)

Bakı – İnter 0:1 (0:1)
Qol: M.Alvaro, 40 (0:1).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

Bakı: 1. Aqil Məmmədov, 19. Eltun Hüseynov, 18. Əziz Quliyev, 6. Vüqar Bəybalayev, 37. Mikayıl Rəhimov, 30. Cəmşid Məhərrəmov (k), 10. Nurlan Novruzov, 22. Risto Ristoviç, 7. Nuran Qurbanov, 85. Jaba, 11. Tural Qürbətov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 20. Valeh Seyidov, 45. Mahir Mədətov, 4. Ülvi Süleymanov, 56. Qeyrət Əliyev, 9. Raul Yaqubzadə, 21. Elşad Manafov.
Baş məşqçi: İbrahim Uzunca.
İnter: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 12. Franka Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 13. Mirsahib Abbasov, 15. Yohan Bokonyano, 28. Baçana Sxadadze, 30. Abbas Hüseynov.
Məşqçi: Zaur Svanadze.

AzAL – Sumqayıt 3:2 (1:1)
Qollar: R.Abdullayev, 39 (1:0). O.Əliyev, 45 (1:1). T.Mikayılov, 51 (1:2). V.İqbekoyi, 63 (2:2). N.Məmmədov, 73 (3:2).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov.
Bakı. “AzAL Arena”.

AZAL: 16. Stanislav Namaşko, 15. Oskar Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 9. Aydın Qasımov, 7. Təmkin Xəlilzadə, 30. Seymur Əsədov, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 45. Murad Ağayev, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.

Neftçi – Qəbələ 0:0 (0:0)
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov.
Bakı. “Bakcell Arena”.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Denis Silva, 9. Flavinyo, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 28. Emin Mehtiyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 8. Markus Vidal, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristya, 13. Murad Musayev, 21. Yazalde Pinto, 27. Bəxtiyar Soltanov, 28. İbrahim Aslanlı, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Dorinel Muntyanu.

Tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq: 17:00. Simurq – Qarabağ.

Bombardirlər:
8 – Mikel Alvaro (İnter)
6 – Nurlan Novruzov (Bakı).
5 – Məhəmməd Qurbanov (Sumqayıt).

Həmin kateqoriyadan