YENİLƏNİB
Derbidə sülh, “Simurq” “Sumqayıt”a, “Qəbələ” “Xəzər Lənkəran”a uduzdu

Bu gün Topaz Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Turun mərkəzi oyununda son çempion “Qarabağ” əsas izləyicisi “Neftçi”ni qəbul edib. Azərbaycan derbisində qolsuz heç-heçə qeydə alınıb.

Günün növbəti oyununda 4-cü pillədə qərarlaşmış “Simurq” “Sumqayıt”ın qonağı olub. Qarşılaşmada hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbəyə seviniblər.

“Xəzər Lənkəran” turnir cədvəlindəki qonşusu “Qəbələ” ilə qarşılaşıb. Oyun cənub təmsilçisinin böyükhesablı qələbəsiylə başa çatıb.

Hesabat turuna paytaxt derbisi – “İnter” – AzAL matçı ilə yekun vurulub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Topaz Premyer Liqası
15-ci tur
7 dekabr

“Qarabağ” – “Neftçi” 0:0 (0:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. İnnosent Emeqara, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 24. Admir Teli, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov, 28. Emin Mehtiyev, 27. Məqsəd İsayev, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 11. Nikolas Kanales, 18. Kaue da Silva, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 88. Mirkamil Haşımlı, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.

“Sumqayıt” – “Simurq” 2:1 (1:1)
Qollar: R.Eyyubov, 5 (0:1). T.Mikayılov, 38 (1:1). M.Qurbanov, 81 (2:1).
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov.
Baş məşqçi: Aqil Məmmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 21. Murad Səttarlı, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.

“Xəzər Lənkəran” – “Qəbələ” 3:0 (2:0)
Qollar: Q.İvanov, 6 (1:0). R.Tağızadə, 32-öz qapısına (2:0). A.Ramazanov, 51 (3:0).
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev.
Bakı. “Bayıl Arena”.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko, 99. Deyan Blajevski.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 10. Elnur Abdullayev, 17. Kazım Kazımlı, 28. Fernando Qabriel, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Oğuz Çətin.
Qəbələ: 1. Kamran Ağayev (k), 8. Markus Vidal, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 13. Murad Musayev, 21. Yazalde Pinto, 27. Bəxtiyar Soltanov, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Dorinel Muntyanu.

“İnter” – AzAL 1:0 (0:0)
Qol: F.Nildo, 68 (1:0).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov.
Bakı. “İnter Arena”.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Franka Nildo, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 27. Dieqo Madriqal, 28. Baçana Sxadadze, 30. Abbas Hüseynov.
Məşqçi: Zaur Svanadze.
AzAL: 16. Stanislav Namaşko, 15. Oskar Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov, 30. Seymur Əsədov, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 4. Laşa Kasradze, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Xuan Fransisko, 10. Tomi Kostadinov, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 22. Eltun Yaqublu, 14. Asif Mirili.
Baş məşqçi: Tərlan Əhmədov.

Bombardirlər:
8 – Mikel Alvaro (“İnter”).
6 – Nurlan Novruzov (“Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”).
5 – Draqan Çeran (“Simurq”).

Həmin kateqoriyadan