VİDEO
Premyer liqada rəzalət

Rusiya premyer liqasında koronavirus pandemiyası ilə bağlı yaranmış fasilə başa çatıb. Allsport.az xəbər verir ki, 23-cü turda “Soçi” – “Rostov” matçında gözlənilməz nəticə qeydə alınıb.

Bir neçə gün öncə “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlandığı üçün bu komandanın bütün kollektivi karantinə alınıb. Matçın təxirə salınacağı gözlənilsə də, “Soçi” buna etiraz edib və rəqibə texniki məğlubiyyət verilməsini tələb edib.

Buna görə də “Rostov” qarşılaşmaya 16-19 yaşlı futbolçuları göndərmək məcburiyyətində qalıb. “Soçi” xeyli zəif olan rəqibi üzərində 10:1 hesablı qələbəyə sevinib. “Rostov” 38 xalla 4-cü pillədə qərarlaşıb. “Soçi” isə 27 xalla 9-cu pilləyə yüksəlib. Turnir cədvəlinə 51 xalla “Zenit” başçılıq edir.

Həmin kateqoriyadan