- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə “Prezident kuboku-2022” reqatasının 1-ci günü bitdi. Allsport.az saytı xəbər verir ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoedə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq avarçəkən mübarizə apardı.
Yeniyetmə və gənclərin 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazandı. Reqataya mayın 7-də Mingəçevirdə akademik avarçəkmə ilə yekun vurulacaq.