Prezident “Synergy Baku” komandasının üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Veloparkın açılış mərasimi zamanı ölkəmizin kontinental velosiped komndası “Synergy Baku Cycling Project” komandasının üzvləri ilə görüşüb. Allsport.az xəbər verir ki, komandanın üzvləri onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Qeyd olunub ki, komandanın üzvləri bu il mayın 6-10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan” veloyürüşündə komanda hesabında 1-ci yer tutublar.

Paytaxt da daxil olmaqla, ölkəmizin 7 bölgəsini əhatə edən və uğurla başa çatan bu yarışda Aleksandr Surutkoviç “Dağ kralı” köynəyini qazanıb, Matey Müqerli üçüncü yeri tutub. Ölkəmizin ən məşhur velosipedçilərindən olan Maksim Averin isə öz çıxışı ilə Rio Olimpiadasına daha 22 reytinq xalı qazanıb.

Həmin kateqoriyadan