Pyotr Svidler: “Şahmatçılara oteldə krallara layiq şərait yaradılıb”

Bakıda təşkil edilən şahmatçıların Dünya Kubokunda 1\8 finalda mübarizəni davam etdirən Pyotr Svidler yarış haqinda danışıb. Allsport.az xəbər verir ki, rəqabətin çox güclü olduğunu bildirib: “Dünya Kuboku tarixində ən güclü yarış Bakıda keçirilir. Demək olar ki, planetin əksər güclü şahmatçıları yarışda iştirak edir.

Baxmayaraq ki, Qata Kamski, Boris Gelfand, Vladimir Kramnik kimi şahmatçılar mübarizəni dayandırıb.Əsl mübarizə irəlidədir. Finala qədər uzun yol var. Ardıcıl oyunlar keçirmək müəyyən mənada yorğunluq yaradır. Ona görə çalışıram imkan daxilində açıq havada gəzişim. Fikrimcə qarşıdakı oyunlar daha maraqlı olacaq və biz əsl mübarizə izləyəcəyik”.

Mötəbər yarışın təşkilatçılığı barədə danışan Svidler oteldəki şəraiti xüsusi qeyd edib: “Karyeram ərzində belə gözəl oteldə qalmamışam. İnanın, doğru sözümdür. Bizim üçün burada hər cür şərait var. Şahmatçılara oteldə krallara layiq şərait yaradılıb.

Ümumiyyətlə, Bakıda keçirilən hər bir yarış yüksək təşkilatçılıqla seçilir. Buna görə şahmatçılar hər zaman Bakıya böyük sevinclə gəlir. Əminəm ki, gələn il Bakı şahmat olimpiadasını da əla səviyyədə keçirəcək”.

Həmin kateqoriyadan