YENİLƏNİB
AzAL “Qəbələ”yə qalib gəldi, “Neftçi” “Simurq”la bərabərə qaldı

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış oyununda “Qəbələ” doğma meydanda AZAL-la qarşılaşıb. Qış fasiləsindən sonra qələbə qazanan tərəflərin öz aralarındakı oyundan necə ayrılacağı maraqla gözlənilirdi. Əksəriyyət çempionluğa oynayan Roman Qriqorçuklu “Qəbələ”nin bu görüşü qazanacağını düşünsə də, tam əksinə olub. Hətta matçın son hissəsini azlıqda keçirməsinə baxmayaraq, paytaxt klubu səfərdə sürpriz qələbəyə imza atıb.

İlk oyun gününün digər görüşündə isə “Neftçi” və “Simurq” üz-üzə gəlib. Qış fasiləsindən sonrakı ilk oyununda məğlub olan Arif Əsədovun komandası bu dəfə mütləq qələbə qazanmaq istəyindəydi. Belə olan halda bakılılar 3-cü pillədədəki mövqeyini qorumuş olacaqdı. Bu baxımdan heç-heçə də “Neftçi”yə sərf edirdi. Amma “Simurq” qələbə qazanacağı halda rəqibini turnir cədvəlində qabaqlaya bilərdi. Lakin tərəflərin bütün cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Topaz Premyer Liqası
20-ci tur
6 fevral

“Qəbələ” – AzAL – 0:1 (0:0)
Qol: R.Abdullayev, 90+3-pen. (0:1).
Qırmızı vərəqə: V.İqbekoyi, 78.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 7. Ruslan Əmircanov, 9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
AzAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 10. Nicat Qurbanov, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.

“Neftçi” – “Simurq” – 0:0 (0:0)
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto Alvarado, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.

Turun digər oyunları sabah keçiriləcək: 16:00. “Qarabağ” – “Bakı”, 17:00. “Xəzər Lənkəran” – “İnter”.

Bombardir:
9 – Nurlan Novruzov (“Bakı”).

Həmin kateqoriyadan