- Baxış sayı: 39
- 23 İyun 2026 18:11
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 12-ci gününü 1 məşqlə yekunlaşdırıb. Allsport.az xəəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Xatırladaq ki, “Qəbələ” bu gün – yanvarın 17-də təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirəcək. İlk matçda – saat 16:00-da “qırmızı-qaralar” Türkiyə 1-ci Liqasında mübarizə aparan “Adanaspor”la qarşılaşacaq. İkinci oyunda – saat 19:00-da “Qəbələ”nin rəqibi “Vorskla” (Poltava, Ukrayna) olacaq.