“Qəbələ” bu dəfə üzülmədi – “Qaz Metan”ı üstələdi

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” klubu növbəti yoxlama matçını keçirib. Allsport.az saytı xəbər verir ki, rəqib Rumıniyanın “Qaz Metan” komandası olub. Görüş “qara-qırmızılar”ın qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 30-cu dəqiqədə Filip Ozobiç vurub.

Baş məşqçi Roman Qriqorçuk start heyətdə Dmitri Bezotosnı, Rikardinyo, Vojislav Stankoviç, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov və Sergey Zenyova şans verib.

Oyunun gedişində Roman Hüseynov, Rafael Santos, Araz Abdullayev, Teo Uiks, Rəşad Eyubov, Asif Məmmədov və Hacıağa Hacıyev də meydana çıxıblar. Qeyd edək ki, “Qəbələ” ilk sınaq matçında Albaniya “Partizani”sinə uduzmuşdu (1:2).

Həmin kateqoriyadan