“Qəbələ” ilə oyun öncəsi ciddi itkilər

Topaz Premyer Liqasının 21-ci turunun açılış matçında “Simurq” “Qəbələ”ni qonaq edəcək. Allsport.az xəbər verir ki, Zaqatala təmsilçisi ötən gün oyun öncəsi son məşqinə çıxıb.

Zədəli Əli Gökdəmir, Rəşad Əzizli, Nicat Muxtarov və əvəzedici heyətdə forma geyinmiş Oruc Balaşlı, Vadim Abdullayev, Kənan Müslümov çalışmalarda iştirak etməyib. Bir saatdan artıq davam edən hazırlığa Georgi Çixradzenin yetirmələri qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra üç qrupa bölünərək “kvadrat” oynanılıb. İkitərəfli oyundan sonra isə qapıya zərbələrlə məşq tamamlanıb və futbolçular istirahətə çəkilib.

Qeyd edək ki, Avroliqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyan “Simurq” hazırda 25 xalla dördüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan