“Qəbələ” PSV ilə qarşılaşacaq

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ”nın hazırlıq prosesi çərçivəsində qarşılaşacağı rəqiblərdən 2-nin adı müəyyənləşib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın qardaş ölkədə ilk yoxlama oyunu yanvarın 10-da baş tutacaq.

Sözügedən matçda “Qəbələ” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Təmsilçimizin digər rəqibi isə “Vorskla” (Poltava, Ukrayna) olacaq. Həmin oyun yanvarın 17-də keçiriləcək.

“Qəbələ” bundan əlavə yanvarın 14, 22, 25 və 29-da da sınaq matçlarına çıxacaq. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Həmin kateqoriyadan