“Qəbələ”də daha bir ayrılıq

“Qəbələ”nin Futbol Akademiyasının fizioterapevti Henk Şolinq bölgə klubu ilə vidalaşıb. Allsport.az xəbər verir ki, bir illik müqavilə müddəti başa çatan hollandiyalı mütəxəssis gedişi öncəsi Akademiyanın məşqçi və futbolçu heyəti üçün vida ziyafəti təşkil edib.

Ziyafət zamanı Şolinq Akademiya əməkdaşlarına müxtəlif xatirə hədiyyələri təqdim edib. Sonda isə tədbir iştirakçıları arasında Henk Şolinqin təşkilatçılığı ilə lotoreya keçirilib. Şolinq uduş fondunu da özü müəyyənləşdirib – o, şəxsi velosipedini mükafat kimi lotoreyaya qoyub. Lotereyanın qalibi isə stadionun əməkadaşı Əjdər Əhmədli olub.

“Qəbələ” İdman Klubu Henk Şolinqə akademiyadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Həmin kateqoriyadan