“Qəbələ”dən Rəşad Sadiqov transferi ilə bağlı rəsmi açıqlama

“Qəbələ” 2014/15 mövsümünün qış fasiləsində ilk transferini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” heyətini Rəşad Sadiqovla gücləndirib. Artıq klub saytı bu transferi rəsmən açıqlayıb.

Xəbərdə bildirilir ki, bu gün 32 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Qış transfer pəncərəsinin ilk keçidi olan orta sahə oyunçusu mövsümün ilk yarısında “Xəzər Lənkəran”da çıxış edib.

Sadiqov karyerası ərzində “Bakı fəhləsi”, “Qarabağ”, “Şəfa”, “Neftçi” və MOİK-in də şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.

Qeyd edək ki, Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.

Həmin kateqoriyadan