“Qəbələ”nin heyəti mükafat uğrunda mübarizəyə imkan vermirdi”

“Qəbələ”nin sabiq məşqçisi Andrey Martin Azərbaycandakı fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Qəbələ”dən niyə getdiniz?
– Bütövlükdə, qeyri-adi nəsə baş verməyib. Biz işə yaxşı başladıq. Amma müəyyən səbəblərdən uğura nail ola bilmədik. Söhbət ilk növbədə klubun transfer siyasətindən gedir. Biz çalışdığımız dönəmdəki heyət mükafat uğrunda yarışmağa imkan vermirdi. Əvvəlki baş məşqçi Yuri Syominlə birgə səkkiz aparıcı futbolçu komandanı tərk etmişdi. Ona görə də heyət zəifləmişdi. Komandanın gösdərdiyi son nəticələr nə məşqçiləri, nə də klub rəhbərliyini qane edirdi. Bu səbəbdən də Dorinel istefa verdi. Hazırda işsizik.

– “Qəbələ”dəki yarım illik faəliyyətinizə necə qiymət verirsiniz?
– Qafqaz fərqli bölgədir. Orda biz başa düşdük ki, belə ölkələrdə necə işləmək lazımdır. Yetərincə təcrübə topladıq. Bizdə yalnız müsbət emosiyalar qalıb. Klub rəhbərliyi ilə çox yaxşı ayrıldıq. “Qəbələ”də Azərbaycan futbolunun inkişafı üçün çalışan yaxşı insanlar var.

– Azərbaycanda sizin üçün qeyri-adi görünən nə oldu?
– Azərbaycan müsəlman ölkəsidir. Bizim komandada Allaha inanan, tez-tez məscidə gedən çox futbolçu vardı. Yay təlim-məşq toplanışı zamanı bir çox futbolçu oruc tutur və yemək yemirdilər. Ona görə də iki cür məşq keçirdik.

– Azərbaycan və Moldova futbolu arasında nə kimi fərqlər var?
– Bir vətənpərvər olaraq deyərdim ki, bizim çempionat daha güclüdür. Yeganə fərq maliyyədədir. Azərbaycanda “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Neftçi” və “Qəbələ” kimi sevilən komandalar var. Təəssüf ki, Moldova klublarını maddi vəziyyətinə görə onlarla müqayisə etmək olmaz.

Həmin kateqoriyadan