“Qəbələ”nin sabiq forvardı Portuqaliya klubuna keçdi

“Qəbələ” ilə yenicə yollarını ayıran Yazalde Pintonun yeni klubu məlum olub. Allsport.az xəbər verir ki, Portuqaliya “Braqa”sına məxsus olan futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək.

O, yerli “Jil Visente” ilə müqavilə bağlayıb. Anlaşmaya əsasən Pinto yeni komandasında mövsüm sonuna kimi icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, mövsümün ilk yarısında qəbəlilərin heyətində çıxış edən 26 yaşlı hücumçu meydana çıxdığı 15 oyunda fərqlənə bilməmişdi.

Həmin kateqoriyadan