Qədir Hüseynov: Avropa çempionatında məqsədim 2650 xal reytinqinə qayıtmaqdır

Fevralın 23-də İsrailin Yerusəlim şəhərində şahmatçılar arasında Avropa çempionatı start götürəcək. Allsport.az saytının məlumatına görə, şəxsi yarışda ölkəmizi hələlik 6 qrossmeysterin iştirak edəcəyi bəllidir. Bunlar Rauf Məmmədov (2642), Eltac Cəfərli (2635), Qədir Hüseynov (2610), Namiq Quliyev (2549), Nicat Abbasov (2530) və Vüqar Rəsulovdur (2491).

Milli komandamızın aparıcı üzvlərindən olan Qədir Hüseynov əməkdaşımıza açıqlamasında deyib ki, bu sınaqda onun əsas məqsədi reytinqdə itirdiyi mövqeni geri qaytarmaqdır:

«Avropa çempionatında başlıca hədəfim 2650 xallıq reytinqə qayıtmaqdır. Sonra Dünya Kubokuna vəsiqə qazanmağa çalışacağam. Bunun üçün 1-23-cü yeri tutmalıyam. Amma bu asan olmayacaq. Yarışda 200 qrossmeysterin mübarizə aparacaq. Bizi qarşıda gərgin rəqabət gözləyir».

Həmin kateqoriyadan