“Qələbə bizim üçün motivasiya oldu”

“Qələbə bizim üçün motivasiya oldu”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis qələbənin komanda üçün motivasiya olduğunu deyib:

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Bilirdik ki, oyun ağır keçəcək. Bu görüşdə qarışıq heyətlə, gənc futbolçularla oynadıq. Motivasiya üçün bizə qələbə lazım idi. Birinci hissədə tempi qaldıra bilmədik, amma ikinci hissədə dəyişikliklərdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bizə lazım olan da bu idi. Bizi ağır səfər gözləyir. Orada bu tempə dözmək lazımdır. Bəzi oyunçularımız istirahət edirdi. Onlar bizə yaxın zamanda qoşulacaq və tam hazır olduqda Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq”.

Həmin kateqoriyadan