- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0

“FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçirilən Azərbaycan – Monqolustan matçı millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Allsport.az xəbər verir ki, yığmanın məşqçisi Arif Əsədov oyun haqda danışıb:
“Yeni ildə ilk qələbə idi. Futbolçuları təbrik edirəm. Çətin oyun olacağını bilirdik. Rəqibin müdafiədən oynadığını təhlillərimizdə görmüşdük. Məşqlərdə bunun üzərində işləmişdik. Belə matçlarda ilk dəqiqələrdə qol vurmaq lazımdır ki, ardı gəlsin. Qələbə qazanacağımıza inanırdım”.