Qadın şahmat komandalarımız Qəbələdə hazırlığa başlayıb

Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadınlardan ibarət Azərbaycanın 1-ci və 2-ci komandası Qəbələdə təlim-məşq toplanışına başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk hazırlıq mərhələsində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərmin Kazımova, Günay Məmmədzadə, Aydan Höcətova, Nərmin Xələfova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Nərgiz Umudova və Ülviyyə Fətəliyeva iştirak edirlər.

Təlim-məşq toplanışı başa çatandan sonra heyətlər müəyyənləşəcək. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev və Fərid Abbasovun rəhbərliyi ilə hazırlaşırlar.

şahmat-qadın-milli1

Həmin kateqoriyadan