Qadın şahmat millisi paytaxtda toplanışa başlayıb


10 günlük təlimdə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım BalacayevaÜlviyyə Fətəliyeva iştirak edirlər.

Allsport.az saytı xəbər verir ki, komandanı ümumdünya şahmat olimpiadasına belaruslu məşqçi Mixail Şereşevski, beynəlxalq qrossmeysterlər Nicat Məmmədov, Rəsul İbrahimov, Cahangir AğarəhimovAbdulla Qədimbəyli hazırlaşdırırlar.

Bakıda başlayan toplanış Qalaltıda bir neçə günlük hazırlıqla yekunlaşacaq. Şahmat olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək və avqustun 10-da yekunlaşacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish