Qadın şahmatçılar ilk dəfə komandalar üzrə Avropa çempionatında gümüş medal qazandı!

Qadın şahmatçılar ilk dəfə komandalar üzrə Avropa çempionatında gümüş medal qazandı!

Qaradağın Budva şəhərinfə şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu, 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, qadından ibarət Azərbaycan komandası son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva son turda qələbə qazanıblar. 1-ci lövhədə Günay Məmmədzadə məğlub olub. Yekunda 3-1 hesablı qələbə ilə Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına sahiblənib.

Azərbaycan tağımı çempionatda 8 turda qələbə qazanıb. Yalnız bir tur çempion olan Bolqarıstana məğlub.

Qadın millimiz indiyədək 3 dəfə Avropanın bürünc medallarına yiyələnib.

Həmin kateqoriyadan