- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda hər 2 komandamız çox uğurlu başlasa da, sona doğru xal itkiləri və acı yenilgilərlə üst sıralarda mövqeləri əldən veriblər.
Qadınlardan ibarət milli 16 xalla (+6=4-1) 10-cu olub. İlk sıranı Çin, sonrakı pillələri müvafiq olaraq Ukrayna və Gürcüstanın 1-0ci komandası tutub.
Kişilərimiz 15 xalla (+7=1-3) 15-ci yerə çıxıb. Burda da qızıl medallar çinlilərin olub. ABŞ 2-ci və Rusiya 3-cü sırada qərarlaşıb.