Qadın şahmatçıların turnirində finalçılar bilindi

İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının yarımfinal oyunları keçirilib. Allsport.az xəbər verir ki, bu mərhələdə Rusiya ilə Ukrayna, Gürcüstan ilə Hindistan komandaları mübarizə aparıb.

Rusiya komandası Ukraynanı 3:1, Hindistan şahmatçıları isə Gürcüstan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi 1/4 finalda uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Turnirə oktyabrın 3-də yekun vurulacaq.

Həmin kateqoriyadan