Qadın şahmatçılarımızdan yenilgi

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib. Allsport.az xəbər verir ki, “A” qrupunda 3-cü görüşdə qızlarımız Rusiyaya yenilib.

Dünya çempionatı
A” qrupu
III tur
Azərbaycan – Rusiya – 0,5:3,5

Günay Məmmədzadə – Aleksandra Qoryaçkina – 0:1
Gülnar Məmmədova – Aleksandra Kostenyuk – 0:1
Ülviyyə Fətəliyeva – Polina Şuvalova – 0,5:0,5
Türkan Məmmədyarova – Alina Kaşlinskaya – 0:1

Azərbaycan millisi ilk oyun günündə Hindistan və Ermənistanla heç-heçəyə razılaşıb. Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Həmin kateqoriyadan