“Qalib gəlmək üçün imkanlarımız vardı”

“Qalib gəlmək üçün imkanlarımız vardı”

“Biz qarşımızda başqa cür Şotlandiya gözləyirdik”.

Allsport.az xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murad Yaxın Şotlandiya ilə keçirilən Avro-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis oyunun çətin keçdiyini söyləyib: “Oyun asan olmadı, lakin biz qarşımızda başqa cür Şotlandiya gözləyirdik. Düşünürdük ki, bizi daim təzyiq altında saxlayacaqlar. Qalib gəlmək üçün imkanlarımız vardı. Lakin yararlana bilmədik”.

Matç 1:1 hesabı ilə başa çatıb.

Həmin kateqoriyadan